Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,442
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 18Avq
    Mədəniyyət Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü üçün şərhlər bağlıdır

    1375337152_5122_images1 avqust ölkəmizdə ən əziz günlərdən biri kimi qeyd olunur. Çünki milli varlığımızın əsas atributlarından olan Ana dilimizlə bağlıdır. Dil millətin simasını səciyyələndirən amillərdən biri, onun milli sərvətidir. Millətin dilinin dövlət dili statusuna yüksəlməsi isə tarixi hadisə, milli dövlətçilik tarixinin qızıl səhifəsidir. Bu məqam millətin millət olaraq təsdiqidir. Çünki dilin dövlət dili statusuna yüksəlməsi millətin öz taleyinə sahibliyinin, dövlət qurmaq və qorumaq qüdrətinin, eyni zamanda dilinin zənginliyinin sübutudur. Daha ətraflı »

    Teqlər:

  • 18Avq
    Səhiyyə HƏKİM MƏSLƏHƏTİ üçün şərhlər bağlıdır

    Uşaqları zəhərlənmələrdən necə qoruyaq?

    1371895529_xesdelikYoluxucu xəstəliklər insanın ən geniş yayılmış patalogiyası olmaqla müxtəlif növ mikroorqanizmlər–bakteriyalar, viruslar, ibtidailər, göbələklər və s. tərəfindən törədilir.
    Yay mövsümünün başlanması ilə havalar kəskin şəkildə istiləşir. Bu hava dəyişkənliyi də həmin xəstəlik törədən mikroorqanizmlərin aktivləşməsinə və xəstəliklərin kəskinləşməsinə gətirib çıxarır.
    Bizim gələcəyimiz olan uşaqlar, xüsusən körpələr belə xəstəliklərə həssas olan qruplardan sayılır. Uşaqlar arasında yay möv Daha ətraflı »

    Teqlər:

  • 18Avq
    Kənd təsərrüfatı Kənd təsərrüfatı dinamik inkişaf edir üçün şərhlər bağlıdır

    Grain_2711122015-ci ilin birinci yarısında rayonda kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 38 min 449,4 min manat təşkil etmişdir. Onun 26 milyon 628,8 min manatı bitkiçilik məhsullarının həcmi, 11 milyon 821,2 min manatı heyvandarlıq məhsullarının həcmi olmuşdur. Keçən ilin müvafiq dövrünə nisbətən kənd təsərrüfatı üzrə ümumi məhsul buraxılışının həcmi 8,4 faiz artmışdır Daha ətraflı »

    Teqlər:

  • 07Avq
    Digər Adam oğurluğu cinayətlərinin xüsusiyyətləri üçün şərhlər bağlıdır

    41“İnsan, onun həyatı, səhhəti, hüquq və azadlıqları Azərbaycan Respublikasının Konstitusiyası ilə ali dəyərlər olduğu bəyan edilir, belə dəyərlərin qorunması dövlətin ən başlıca vəzifəsi kimi təsbit edilir. Azərbaycan Respublikasının qüvvədə olan Cinayət Məcəlləsinin “Şəxsiyyət əleyhinə olan cinayətlər” adı altında “Xüsusi fəsil”ə daxil edilən normalarla insanın həyatı, səhhəti, şərəf və ləyaqəti, hüquq və azadlıqları müdafiə altına alınır. Təsadüfi deyildir ki, Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq hazırlanan Cinayət Məcəlləsində bütün qorunan başqa dəyərlər içərisində insanın, onun hüquq və azadlıqlarının qorunması ön plana çəkilir. Daha ətraflı »

    Teqlər:

  • 07Avq
    Xəbərlər GƏNC MÜƏLLİMLƏRLƏ GÖRÜŞ üçün şərhlər bağlıdır

    DSC_7128Ölkəmizdə gənclər siyasəti uğurla həyata keçirilir. Gənclərin təhsilinə dövlət tərəfindən daim qayğı və diqqət göstərilir. Eyni zamanda onların xalqımızın milli mənəvi dəyərlərinə hörmət ruhunda tərbiyə edilməsi hazırda qarşıda duran başlıca vəzifələrdən biridir. Bütün bunlar barədə rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədovun rayonun gənc müəllimləri ilə görüşündə söhbət gedib. Gənclər Mərkəzində keçirilən tədbirdə rayon icra hakimiyyəti başçısının müavini Elvin Umudov, baş referent Svetlana Əzizova və rayon təhsil şöbəsinin müdir əvəzi Surxay Mirzəyev iştirak ediblər. Daha ətraflı »

    Teqlər:

  • 07Avq
    Xəbərlər Rayonun daha 4 kəndinə mavi yanacaq verildi üçün şərhlər bağlıdır

    DSC_6976Rayonun Mamırlı, Poladlı, Kəngərli və Balakəngərli kəndlərinə təbii qazın verilməsi münasibətilə təntənəli mərasimlər keçirilib. Mərasimlərdə kənd İƏD üzrə nümayəndələr kəndlərin sosial-iqtisadi vəziyyəti haqqında məlumat vermişlər.
    Sonda kənd ağsaqqalları, ziyalılar və digər sakinlər onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıq ifadə etmişlər. Daha ətraflı »

    Teqlər:

  • 07Avq
    Tərtər RİH-də Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədov dövlət mükafatlarını təqdim edib üçün şərhlər bağlıdır

    DSC_68861Rayon icra hakimiyyəti başçısının ilin birinci yarısının yekunlarına həsr olunmuş hesabat yığıncağında cənab Müstəqim Məmmədov rayon icra hakimiyyəti başçısı aparatının sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin aparıcı məsləhətçisi Ramiz Mustafayevə, “Yeni Tərtər” qəzetinin baş redaktoru Tofiq Yusifə və Tərtərçay Hidroqovşağı İstismarı İdarəsinin rəisi Böyükkişi Cümşüdova dövlət mükafatlarını təqdim edib. Daha ətraflı »

    Teqlər:

  • 06Avq
    Digər ELİNƏ GƏRƏKLİ  İNSAN üçün şərhlər bağlıdır

    Salam Sadıqov 1956-cı ildə rayonumuzun Əksipara kəndində doğulub. Orta məktəbi Qarağacı kəndində bitirib. Kursk şəhərində torpaqşünaslıq ixtisası üzrə ali təhsil alıb. Sonra Sumqayıtda polis orqanlarında çalışıb.
    Hazırda həmyerlimiz təqaüddədir. Moskva şəhərində yaşayır və bizneslə məşğul olur. İşinin çoxluğuna baxmayaraq, Salam Sadıqov vaxtaşırı doğma kəndinə gəlir, həmkəndlilərilə görüşür. Hər gəlişində eli-obası üçün hansısa bir iş görməyə çalışır: məktəbin təmirinə kömək edir, xeyir-şər mağarı düzəltdirir, qəbristanlığa gedən yolu abadlaşdırır.
    Salam müəllim deyir ki, iri şəhərlərdən sonra uşaqlıq və gənclik illəri keçdiyi doğma yerlər onun ruhuna sakitlik gətirir, mənən rahatlıq tapır. Tərtər şəhərinin və onun kəndlərinin abadlaşdırılması, gözəlləşməsi isə çox sevindiricidir.
    İnsanların həyatında, məişətində də dəyişikliklər, yeniliklər çoxdur. İndi kənd sakinləri heç də pis yaşamırlar. İşıqlar daim yanır, evlərdə “mavi alov” şölələnir, müasir rabitə-texnologiya vasitələrindən istifadə olunur.
    İş adamının ürəyincə olan bir məsələ də var ki, bu da elində-obasında insanların milli-mənəvi dəyərlərimizi daim uca tutmasıdır. O deyir ki, sürətli dəyişikliklər dövründə Əksiparada insanlar arasında saf münasibətlər, böyüyə-kiçiyə hörmət, torpağa, yurda bağlılıq əvvəlki kimi qalmaqdadır.

    Ceyran QULİYEVA

    Teqlər:

  • 06Avq
    Digər ÜRƏYİNDƏ SAĞALMAZ YARA VAR üçün şərhlər bağlıdır

    ScanHaqqında çox yazılmayan igid oğullarımızdan biri–İsmayılov Mayıl Zakir oğlu Qarabağ müharibəsində qardaşı Əli ilə birlikdə mənfurlara qarşı döyüşürdülər. Əli şəhid olub, Mayıl isə əlildir. Daha ətraflı »

    Teqlər:

  • 06Avq
    Digər İctimai mühitin gənclərin tərbiyəsinə təsiri üçün şərhlər bağlıdır

    HƏYATIMIZA PƏRÇİMLƏNƏN EYBƏCƏRLİKLƏR

    KiRALIK_Lux_Villalar_celik_Ankara_Altindag__Oda___Salon___emlak_ilanlari_52149Milli-mənəvi dəyərlərimizin çox hörmətli tutulduğu yaxın keçmişdə kimsə bir səhv iş tutsaydı, ailə üzvlərindən kəndin ağsaqqal-ağbirçəyinə qədər yığılıb onu danlayırdılar ki, niyə bu səhvə yol verib. Bu qınağın tərbiyə prosesində çox böyük təsiri olardı, nöqsana yol verən insan bu tənbehin qarşısında utanardı, qızarardı, “yerə girərdi”, elə tövbələtmə alardı ki, bir daha həmin addımı atmazdı. Və belələrinə: “Ay bərəkallah” deyərdilər. Daha ətraflı »

    Teqlər: ,