Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 27Okt
    Digər 1 oktyabr Ahıllar Günü idi üçün şərhlər bağlıdır

    Bir əsrin şahidi olan həmyerlimiz

    Hətəm Əsgərov 1923-cü ildə rayonumuzun Kəngərli kəndində dünyaya gəlib. Yaddaşında bütöv bir əsrin təlatümləri, müharibələri, uğursuzluqları və qələbələri ilə bağlı xatirələr yaşayır. Bu barədə saatlarla danışsa da, yorulmaq bilmir.
    Gəncliyi Böyük Vətən Müharibəsi dövrünə təsadüf edib. Müharibə o dövrün bütün insanları kimi onun da həyatına öz möhürünü vurub. Deyir ki, 1942-ci ilin fevral ayından qardaşı itkin düşüb, çox ağrı-acılar yaşayıblar.
    Müharibədən sonra gənc Hətəm bir müddət müxtəlif yerlərdə çalışıb. Sonra o zamankı Kənd Təsərrüfatı Akademiyasını (indiki Aqrar Universiteti) qiyabi yolla bitirərək, kolxozda briqadir vəzifəsinə təyin olunub. Bu illəri həyatının uğurlu dövrü hesab edir. Komsomolçu gənclər briqadasına rəhbərlik edirdi. Briqada pambıqçılıqda rayon üzrə ən yüksək nəticələr qazanırdı. Hətəm kişi həmin uğurlarına görə Moskvada Kənd Təsərrüfatı Nailiyyətləri Sərgisində iştirakı, buradakı təəs-süratları haqqında elə danışır ki, sanki bunlar 50-60 il bundan əvvəl yox, elə dünən olub. Daha ətraflı »

  • 27Okt
    Digər HEYDƏR ƏLİYEV İLİ–2023 üçün şərhlər bağlıdır

    Heydər Əliyev və Azərbaycan mətbuatı

    1875-ci ildə ”Əkinçi” qəzeti ilə əsası qoyulan Azərbaycan milli mətbuatı ilk dəfə olaraq Ümummilli Lider Heydər Əliyevin 1998-ci il avqustun 6-da imzaladığı “Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” fərmanı ilə birdəfəlik senzuradan azad edildi. Beləliklə də azad sözün rolunu həmişə yüksək qiymətləndirən Ulu Öndər milli mətbuatımızın inkişafında yeni mərhələnin başlanğıcını qoydu.
    Həmin fərmana əsasən, Nazirlər Kabineti yanında mətbuatda və digər kütləvi informasiya vasitələrində dövlət sirlərini mühafizə edən baş idarə ləğv edildi.
    Sonrakı dövrdə qəbul edilən qanunlara əsasən ölkədə söz və mətbuat azadlığının hüquqi bazası daha da möhkəmləndi.
    Ulu Öndər Heydər Əliyevin KİV-lərin inkişafı sahəsində atdığı addımların nəticəsi kimi mətbuatın maddi-texniki bazası möhkəmləndirildi, qəzet və jurnallara bir sıra güzəştlər edildi.
    Azad sözün təmin olunmasında tutduğu mövqeyinə və xidmətlərinə görə Heydər Əliyev 2001-ci ildə “Jurnalistlərin dostu” mükafatına layiq görülmüşdür. Daha ətraflı »

  • 27Okt
    Ədəbiyyat Retro yazılarımızdan üçün şərhlər bağlıdır

    RƏFİQƏLƏR

    Hər gün redaksiyamızın poçtuna xeyli oxucu məktubu daxil olur. Ünvanımıza gələn müxtəlif xarakterli məktubların əksəriyyətində əldə olunan nailiyyətlərin mənbəyi, nöqsanların yaranma səbəbləri yenidənqurmanın tələbindən irəli gəlir. Həyata açıq gözlə baxmağı bacaran, işgüzar, qəzetə marağı olan ştatdankənar müxbirlərin məktubları fəaliyyətimizi daha da canlandırır, bizə günün nəbzini tutmaqda, mühüm problemlər qaldırmaqda kömək edir.
    Bu yazıda mən qəzet səhifələrində rəngarəng yazıları ilə çıxış edən ştatdankənar müxbirlərimiz Rəna İsmayılova və Məryəm Nuriyeva haqqında söz demək istəyirəm. Rəfiqələrin hər ikisi Sarov kəndində yaşayır. Həmin kənddə də orta məktəbi bitiriblər. Engels adında kolxozda işləyirlər. Zəhmət meydanında etimadı doğruldurlar. Komsomolçu adına layiq işləyir və yaşayırlar. Ali təhsil almaq üçün bəxtlətini sınayırlar. Hər ikisinin məqsədi jurnalist olmaqdır. İşlərini S. M. Kirov adına ADU-nun jurnalistika fakültəsinə verəcəklər. Daha ətraflı »

  • 27Okt
    Ədəbiyyat PAPAQÇI ZEYNAL üçün şərhlər bağlıdır

    Zeynal Sadıqov ötən əsrin əvvəllərində Şuşa şəhərindən köçüb Tərtərə gələnlərdən olub. Elə papaqçı peşəsinə də Şuşada yiyələnmişdi. Papaq tikmək burada çox ciddi məsələ olduğundan, ustası gənc Zeynala öz peşəsini öyrətməzdən əvvəl demişdi: ”Peşələrin hamısı məsuliyyətlidir. Papaqçılıq isə xüsusilə çətin sənətdir. Axı, gör sənin zəhmətinin məhsulu kimlərin başını bəzəyəcək? Ona görə bu işdə böyük səbr və zərgər dəqiqliyi tələb olunur. Əgər bacaracaqsansa, etirazım yoxdur, gəl öyrən. Qoy bu peşə sənə hörmət gətirsin.”
    Sonralar papaqçı Zeynal daim ustadını minnətdarlıq hissi ilə xatırlayır və övladlarına deyirdi:
    –Allah o kişiyə rəhmət eləsin, bu çörəyi o mənə verib.
    Papaq Azərbaycanda kişilik, namus, qeyrət rəmzi hesab olunur. Köhnə kişilər papaq tikdirməyə çox diqqətlə yanaşırdılar. Təsadüfi deyil ki, Zeynal kişinin yanına təkcə Tərtərdən deyil, ətraf rayonlardan, o cümlədən Laçından, Kəlbəcərdən gələnlər olurdu. Qızı Sənubər xanım deyir ki, rəhmətlik Aşıq Şəmşir ildə bir dəfə ailəmizin qonağı olurdu. Həmin vaxt bizə çoxlu qonaq toplaşardı.Atam, aşığın papağını tikib hazırlayana qədər, o, qonaqlarla söhbət edər, hərdən bir sazını da əlinə alardı. Bunlar çox unudulmaz axşamlar idi. Laçının Minkənd kəndindən də qonaqlarımız olurdu. Yadımdadır ki, onlar çox hörmətli qonaqlar idi və atamın işini həmişə bəyənirdilər. Daha ətraflı »

  • 27Okt
    Tərtər RİH-də 5 oktyabr Müəllim Günü idi üçün şərhlər bağlıdır

    Fədakar və qəhrəman insanlar

    Beynəlxalq Müəllimlər Gününün qeyd olunması ilə bağlı qərarı YENESKO 1966-cı il oktyabrın 5-də vermişdir. Bu təşkilat tərəfindən müəllimlərin statusunun artırılması ilə bağlı tövsiyə xarakterli sənəd də qəbul olunmuşdur. İndi oktyabrın 5-ni dünyanın 100-dən artıq ölkəsi müəllimlərin peşə bayramı kimi qeyd edir. Müstəqil Azərbaycanda isə bu bayramın keçirilməsi ilə bağlı sərəncamı Ulu Öndər Heydər Əliyev vermişdir.
    Müəllim peşəsini yüksək qiymətləndirən Ümummilli Lider Heydər Əliyev deyirdi: “Həyatını müəllimliyə həsr edən insanlar həqiqətən fədakar, xalqına, millətinə sədaqətli və eyni zamanda qəhrəmanlıq göstərən insanlardır.”
    Azərbaycanda Beynəlxalq Müəllimlər Günü 1993-cü ildən qeyd edilir. Ölkəmizdə bu günə dövlət səviyyəsində diqqət ayrılır.
    Müəllimlik dünyada ən çətin, eyni zamanda ən şərəfli və ən gözəl peşədir. Müəllim əməyinin nəticəsində cəmiyyət formalaşır, savadlı, bilikli, geniş dünyagörüşlü şəxslər yetişir. Bu şəxslər isə cəmiyyəti daha da inkişaf etdirir. Daha ətraflı »

  • 27Okt
    Hərbi vətənpərvərlik Qubadlı–azad diyarımız üçün şərhlər bağlıdır

    Qubadlı rayonu 1993-cü il avqustun 31 –də Ermənistan ordu hissələrinin genişmiqyaslı hücumu nəticəsində işğal edilmişdi. Qubadlı rayonu və rayonun 93 kəndi erməni qüvvələrinin nəzarətinə keçmiş, rayonun 31 mindən çox əhalisi yurd-yuvasından didərgin düşmüşdü.
    Hər birimizə məlumdur ki, 27 il idi ki, tariximiz qan ağlayırdı. Xalqımızın ürəyi acıyla döyünür, torpaq həsrəti ilə sızıldayırdı. Onların bu həsrəti yalnız torpaqlarımız işğaldan azad ediləndə bitəcəkdi. Nəhayət, illərdir arzusunda olduğumuz o günlər gəlmişdi. 2020-ci il sentyabrın 27-də başlanan və 44 gün davam edən əks-hücum əməliyyatlarının 29-cu günü, oktyabrın 25-də Qubadlı şəhəri erməni işğalından azad edildi. Əslində, ilk öncə Qubadlı rayonunun işğaldan azad edilməsinə dair məlumatı biz ok-tyabrın 23-də almışdıq, lakin rayon ərazisində düşmən hərbi obyektlərinə raket zərbələri döyüş əməliyyatlarının başlanmasından bir saat sonra endirilməyə başlamışdı. Bu zərbələr adətən düşmən ehtiyatlarının yerləşdiyi dislokasiya məntəqələrinə, sursat və yanacaq anbarlarına edilmişdi. Daha ətraflı »

  • 27Okt
    Digər UZANIB GEDƏN YOLLAR BİZİ ARZULARIMIZA ÇATDIRIR üçün şərhlər bağlıdır

    Bu, arzu deyil, real həyatdır

    Beş il bundan əvvəl, 2018-ci il 15 iyun tarixli “Yeni Tərtər” qəzetində “Doğma yerlərin nisgili göynədir didərginləri” rubrikalı, “ Uzanıb gedən yollar bizi arzularımıza çatdıracaq” başlıqlı yazımda yurd yerlərinə gedən yollarımızın düşmən əlində əsir olmasından söz açmışdım. Məkrli ermənilərin ərazilərimizin bir hissəsini zəbt etdiyindən 30 ildən artıq bir vaxtda şəhər və kəndlərimizlə bərabər yollarımız da əsir düşmüşdür. Bizi dağlarımıza, saf sulu bulaqlarımızın üstünə aparan yolları kol-kos basmış və ya düşmənin basdırdığı minalardan keçilməz olmuşdu. Laçından, Ağdamdan, Ağdərədən, Kəlbəcərdən qaçqın düşmüş insanlar bu yollarla Vətənə getməyin həsrətindəydilər. Həmin yazımda böyük ümidlərlə, inamla söyləmişdim ki, “…Bu yollar onları öz ev-eşiklərinə çatdıra bilər, bu yollar onları yağı əlində qoyub gəldikləri bulaqların üstünə apara bilər. İnanırlar ki, yaxın gələcəkdə uzanıb gedən bu yollar onları gecə-gündüz xəyallarındakı obalara-ellərə, həsrətini çəkdikləri bulaqlar üstünə aparacaq. Arzuların xəyal deyil, gerçək olması ümidi ilə məkana çatacaqlar”– demişdim. Daha ətraflı »

  • 27Okt
    Digər Tərtərlilərin istəyi: Həmyerlimiz olan müğənnini rayon tədbirlərində də görək üçün şərhlər bağlıdır

    Çox istəyirdim ki, onunla doğulduğu rayonumuzun Borsunlu kəndində görüşüm, ancaq işi ilə bağlı yenə də alınmadı. Anası Dilarə xanımla, əkiz tayı olan bacısı Samirə xanımla görüşdük doğma ata ocağında. Öyrəndim ki, hamımızın sevə-sevə dinlədiyimiz, xalq mahnılarımızın, estrada mahnılarının gözəl ifaçısı Samir Piriyev bacısı ilə birgə ailənin sonbeşiyidir.
    Atası Sabir kişi sürücü olub, Allah rəhmət eləsin, kəndin sayılıb-seçilən hörmətli tutulan sakinlərindən olub. Anası Dilarə xanım isə tibb bacısıdır, hazırda təqaüddədir. Nurlu, xanım-xatın bir qadındır. Böyük qardaşı Bəhruz Bakıda yaşayır, qarmon ifaçısıdır. İkinci qardaşı Ceyhun Leninqradda, bacısı Fəridə Almaniyada, əkiz tayı olan Samirə isə Bakıda yaşayır. Çox xoş təəssürat yarandı məndə Samirin doğulub boya-başa çatdığı ailə haqqında.
    Onun haqqında məlumatlara baxıram: Daha ətraflı »

  • 26Okt
    Digər TƏRTƏRDƏ 27 SENTYABR– “ANIM GÜNÜ” QEYD OLUNDU üçün şərhlər bağlıdır

    Tərtərlilər “Anım Günü”ndə 44 günlük Vətən müharibəsində erməni separatçıları tərəfindən atılan “Smerç” raketi nəticəsində dagıdılmış açıq havada fəaliyyət göstərən ev – muzeyinə ekskursiya etdilər

    27 sentyabr-Anım Günündə tərtərlilər şəhərin Elman Səfərov küçəsində yerləşən və açıq havada fəaliyyət göstərən ev- muzeyinə ekskursiya etmişlər. Sahib Hüseynova məxsus olan bu ev 44 günlük Vətən müharibəsində ermənilərin atdıqları “Smerc” raketi nəticəsində dağıdılmışdı.
    Ekskursiyada Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Milli Məclisin deputatı Sahib Alı-yev, hüquq-mühafizə orqanla-rının rəhbərləri, YAP rayon təş-kilatının, Ağsaqqallar Şurasının sədrləri, şəhid ailələrinin üzvləri, qazilər, müharibə veteranları, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
    Əvvəlcə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda edən əsgər və zabitlərimizin ruhlarına Tərtər Cümə Məscidinin imamı Sadiq Cəfərov tərəfindən dualar oxunub.
    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov çıxış edərək bildirib ki, Vətən müharibəsi bizim şanlı tariximiz, şəhidlər və qazilər qürur mənbəyimizdir. Respublikamızın suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək, düşmənə sarsıdıcı zərbələr endiriblər. Azərbaycan Ordusunun əks-hücumları qarşısında aciz qalan düşmənin günahsız mülki insanları hədəfə alması, çoxsaylı müha-ribə cinayətləri xalqımızın qələbə əzmini sarsıda bilməyib. Daha ətraflı »

  • 26Okt
    Şəhidlər Şəhidlər Abidə Kompleksi ziyarət edilib üçün şərhlər bağlıdır

    “Anım Günü”ndə tərtərlilər Şəhidlər Abidə Kompleksini ziyarət ediblər.
    Ziyarət mərasimində Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Milli Məclisin deputatı Sahib Alıyev, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP rayon təşkilatının, Ağsaqqallar Şurasının sədrləri, şəhid ailələrinin üzvləri, qazilər, müharibə veteranları, rayon ictimaiyyətinin nümayəndələri də iştirak ediblər.
    Kompleksin önündə əvvəlcə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda edən əsgər və zabitlərimizin xatirəsi yad edilib, Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi Sadiq Cəfərov tərəfindən onların ruhlarına dualar oxunub.
    Sonra ziyarətçilər abidə kompleksinin önünə gül-çiçək dəstələri düzüb, saat 12:00-da şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
    “Anım Günü”ndə həmçinin şəhərin Mərkəzi Meydanında quraşdırılmış manitorda 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış igid oğul və qızlara həsr olunmuş çarxlar nümayiş etdirilib, şəhidlərin ruhuna dualar oxunub.