Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,382
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 26Okt
    Şəhidlər Şəhidlər Abidə Kompleksi ziyarət edilib üçün şərhlər bağlıdır

    “Anım Günü”ndə tərtərlilər Şəhidlər Abidə Kompleksini ziyarət ediblər.
    Ziyarət mərasimində Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Milli Məclisin deputatı Sahib Alıyev, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP rayon təşkilatının, Ağsaqqallar Şurasının sədrləri, şəhid ailələrinin üzvləri, qazilər, müharibə veteranları, rayon ictimaiyyətinin nümayəndələri də iştirak ediblər.
    Kompleksin önündə əvvəlcə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda edən əsgər və zabitlərimizin xatirəsi yad edilib, Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi Sadiq Cəfərov tərəfindən onların ruhlarına dualar oxunub.
    Sonra ziyarətçilər abidə kompleksinin önünə gül-çiçək dəstələri düzüb, saat 12:00-da şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
    “Anım Günü”ndə həmçinin şəhərin Mərkəzi Meydanında quraşdırılmış manitorda 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış igid oğul və qızlara həsr olunmuş çarxlar nümayiş etdirilib, şəhidlərin ruhuna dualar oxunub.

  • 26Okt
    Digər “Vətən bağı”nda ağacəkmə aksiyası keçirilib üçün şərhlər bağlıdır

    Sentyabrın 27-də Tərtər Rayon İcra Hakimiyyəti və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə Şıxarx qəsəbəsi ərazisində şəhidlərin xatirəsinə salınmış “Vətən bağında”  ağacəkmə aksiyası keçirilib.
    Aksiyada Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, YAP rayon təşkilatının sədri Eldar Əsədov, şəhid Anar Əliyevin atası Vaqif Əliyev, şəhid ailələrinin üzvləri, qazilər, müharibə veteranları, rayon ictimaiyyətinin və KİV-lərin nümayəndələri iştirak ediblər.
    Tədbir iştirakçıları öncə Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən bütün Şəhidlərin xatirəsini ehtiramla anıblar.
    Aksiya çərçivəsində “Vətən bağı”nda 100 ədəd eldar şamı əkilib, ağac əkilən ərazilərdə təmizlik işləri aparılıb.

  • 26Okt

    Şəhidlər üçün şərhlər bağlıdır

  • 26Okt

    Digər, Şəhidlər üçün şərhlər bağlıdır

  • 26Okt
    Digər 27 SENTYABR “ANIM GÜNÜ” İDİ üçün şərhlər bağlıdır

    Rayon rəhbəri şəhidlərin ailə üzvləri və ictimaiyyət nümayəndələri ilə birlikdə şəhid adını daşıyan küçələrdə olublar

    Sentyabrın 26-da-27-də Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov YAP rayon təşkilatının sədri Eldar Əsədov, şəhid ailələri, qazilər və veteranlarla birlikdə Tərtər şəhərində Azərbaycanın Milli Qəhrəmanı, general-mayor şəhid Polad Həşimovun, Vətən Müharibəsi Qəhrəmanı Anar Əliyevin, şəhidlər Qənbər Qənbərlinin, Ruslan Şahbazovun, Aslan Hüseynovun, Azər Şəmilovun, Aysənan Abbasovun və Sənan Məmmədlinin adlarını daşıyan küçələrdə olublar.Şəhid adları verilən küçələr təmir olunub, abadlıq işləri aparılaraq, səliqə-səhman yaradılıb, küçələrin girişində şəhidlərin barelyefi quraşdırılıb.

       

       

    Daha ətraflı »

  • 26Okt
    Digər Tərtər rayon qəzetinin 90 illiyi qarşısında üçün şərhlər bağlıdır

    Qəzetimizin 8-ci redaktoru

    Tərtər rayon qəzetinin 8-ci redaktoru Təvəkkül Əsgər oğlu Nəcəfov olub. O, düz 18 il, 1980-cı ildən 1998-ci ilədək redaksiya-ya rəhbərlik edib. Elə qəzetin “Qızıl Bayraq” adı da həmin dövrdə –1992-ci ildə dəyişdirilərək “Tərtər” qoyulub.
    Təvəkkül Əsgər oğlu Nəcəfov 1940-cı ildə Ermənistan SSR-in Əzizbəyov rayonunda dünyaya gəlib. Bakı Dövlət Universitetini 1966-cı ildə kitabxanaçılıq ixtisası üzrə bitirib. İlk iş yeri Təzəkənd kənd kitabxanasıdır. Qəzetə adi bir təsadüf nəticəsində gəlsə də, ömrünü bu peşəyə həsr edib və iti qələmi, cəsarətli yazıları ilə sevilib, yaddaşlarda iz qoyub.
    Övladları danışırlar ki, Təvəkkül müəllim qəzetimizin o zamankı redaktoru Aydın Məmmədxanovla qatarda tanış olub. O zaman “Kommunizm yolu” qəzetindən yenicə ayrılmış “Qızıl Bayraq”da kadr çatışmazlığı vardı. Gənc yol yoldaşının pozitiv fikirləri, şən xarakteri Aydın müəllimin xoşuna gəlib və elə buradaca ona məsul katib vəzifəsində işləməyi təklif edib. Beləliklə, 1967-ci ildən Təvəkkül Nəcəfov qəzetdə çalışmağa başlayıb. Daha ətraflı »

  • 18Sen
    Digər Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında iqtisadi əlaqələr inkişaf etdirilir üçün şərhlər bağlıdır

    Prezident İlham Əliyev cari ilin 14 sentyabr tarixində Düşənbədə Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşündə iştirak edib. Görüş çərçivəsində dövlət başçısı çıxış edib.

    Qeyd olunub ki, Prezident İlham Əliyev cari ildə qardaş Tacikistana iki dəfə səfər edib. Cari ilin aprel ayında baş tutmuş səfər çərçivəsində qəbul olunmuş qərarlar və imzalanmış sənədlər münasibətlərimizin strateji xarakterini bir daha təsdiq etdi.

    Azərbaycanı və Mərkəzi Asiya ölkələrini xalqlarımızın çoxəsrlik qardaşlıq münasibətləri bağlayır. Ortaq mədəni köklər dövlətlərarası əlaqələrin möhkəm bünövrəsini təşkil edir.

    Diqqətə çatdırılıb ki, otuz ildən artıqdır ki, biz müstəqil dövlətlər kimi həm ikitərəfli, həm çoxtərəfli formatda fəal şəkildə qarşılıqlı fəaliyyət aparırıq, bir-birimizin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü dəstəkləyirik, iqtisadi əlaqələri fəal şəkildə inkişaf etdiririk.

    Mərkəzi Asiya və Azərbaycan artan iqtisadiyyatı, demoqrafiyası və geosiyasi potensialı ilə dünya siyasətində strateji əhəmiyyətə malik olan vahid tarixi-mədəni coğrafi regiondur.

    Regional əməkdaşlığın yeni formatı ölkələrimizin və xalqlarımızın daha da yaxınlaşmasına zəmin yaradacaq.

    Bildirilib ki, son iki il ərzində Prezident İlham Əliyev Mərkəzi Asiya dövlətlərinə doqquz səfər etmişdir. Eyni zamanda, bu müddət ərzində bütün qardaş dövlətlərin başçıları Azərbaycana səfərlər ediblər.

    İkitərəfli əməkdaşlığın mühüm meyarlarından biri qarşılıqlı ticarətin və sərmayələrin artımıdır. Sevindirici haldır ki, həmin iki istiqamət üzrə göstəricilər davamlı artıma malikdir. Keçən il Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi 3 dəfədən çox, bu ilin 7 ayı ərzində isə daha 50 faiz artıb. Daha ətraflı »

  • 08Sen
    Xəbərlər Şəhid ailələrinin üzvləri və Vətən müharibəsi əlilləri müalicə və istirahət üçün Naftalan şəhərinə yola salınıb üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyətinin və Naftalan şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə rayondan olan 18 nəfər şəhid ailəsi və 14 nəfər Vətən müharibəsi əlili müalicə və istirahət üçün Naftalan şəhərində yerləşən “Gold Naftalan” MMC Müalicə və Sağlamlıq Mərkəzinə yola salınıb. Onların müalicə və sağlamlıq mərkəzində müalicə kursu qəbul etmələri və istirahətləri təmin olunacaq.
    Yolasalma mərasimində Tərtər Rayon İcra Hakimiy-yətinin Başçısı Müstəqim Məmmədov da iştirak edib.
    Naftalan şəhərinə yola salınan şəhid ailələri və Vətən müharibəsi əlilləri ilə görüşən rayon rəhbəri bildirib ki, ölkəmizdə şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğı dövlət siyasətinin prioritet məsələlərindən biridir. Mütəmadi olaraq şəhid və qazi ailələri ilə keçirilən görüşlərdə onların qayğıları, qarşılaşdıqları problemlər araşdırılır və yerində həll olunur. Bu istiqamətdə Tərtər Rayon İcra Hakimiyyəti tərəfindən şəhid və qazi ailələrinə dəstək üçün ardıcıl olaraq sosial layihələr həyata keçirilir. 18 nəfər şəhid ailəsi üzvünün və 14 nəfər Vətən müharibəsi əliliinin Naftalan şəhərinə müalicə və istirahət üçün göndərilməsi bunun bariz nümunəsidir. Daha ətraflı »

  • 08Sen
    İdman Həmyerlimiz Avropa çempionudur üçün şərhlər bağlıdır

    Avropa çempionatından qızıl medalla qayıdan Murad Qurbanovun Tərtərdə təntənəli qarşılanma mərasimi olub. Mərasimdə Tərtər Rayon İcra Hakimiyyətinin, Qarabağ Regional Gənclər və İdman İdarəsinin nümayəndələri, idmançılar, Murad Qurbanovun ailə üzvləri, müəllimləri, sinif yoldaşları, dostları və ictimaiyyət nümayəndələri iştirak ediblər. Mərasim iştirakçıları Avropa çempionu ilə birlikdə Ulu Öndər Heydər Əliyevin abidəsini və Şəhidlər Abidə Kompleksini ziyarət edərək, abidələrin önünə gül-çiçək dəstələri düzüb, onların xatirələrini ehtiramla yad ediblər.
    Sonra Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov kikboksinq idman növünun Wako versiyası üzrə qardaş Türkiyənin İstanbul şəhərində keçirilən Avropa çempionatında qızıl medal qazanan 14 yaşlı Murad Qurbanovu qəbul edib.
    Rayon rəhbəri Murad Qurbanovu idman sahəsində əldə etdiyi uğurlarına görə təbrik edib, ona yeni-yeni uğurlar arzulayıb, ölkəmizdə bədən tərbiyəsi və idmanın inkişafına göstərilən dövlət qayğısından, bu sahədə həyata keçirilən tədbirlərdən, idmanın kütləviliyinin təmin edilməsi məqsədilə görülən işlərdən danışıb. Qeyd edib ki, ölkəmiz ikinci dəfə müstəqillik qazandıqdan sonra idman sahəsində əldə edilən qələbələr ona idmançılar ölkəsi kimi nüfuz qazandırıb. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən gənclərə, idmana və idmançılara göstərilən diqqət, qayğı göz qabağındadır. Daha ətraflı »

  • 08Sen
    Digər HEYDƏR ƏLİYEV İLİ – 2023 üçün şərhlər bağlıdır

    MULTİKULTURALİZMİN AZƏRBAYCAN MODELİ VƏ HEYDƏR ƏLİYEV

    Multikulturalizm, multikultural cəmiyyət son vaxtlar tez-tez müraciət olunan mövzulardan biridir. Multikulturalizm ( ingilis dilindən tərcümədə “çoxlu mədəniyyətlər”deməkdir) sosial-mədəni davranışın və müvafiq siyasi strategiyanın modeli kimi də nəzərdən keçirilir. Multikulturalizm–ayrıca götürülmüş ölkədə və bütövlükdə dünyada müxtəlif millətlərə və dinlərə məxsus insanların mədəni müxtəlifliklərinin qorunması, inkişafı və harmonizasiyasına, azsaylı xalqların, dövlətlərin milli mədəniyyətinə inteqrasiyasına yönəldilmişdir. Multikulturalizm modeli dedikdə, bir dövlətin sərhədləri daxilində müxtəlif etnomədəni tərəflərin dinc yanaşı yaşaması və öz mədəni xüsusiyyətlərini, həyat tərzini rəsmən ifadə etmək və qoruyub saxlamaq hüququna malik olması nəzərdə tutulur. Multikulturalizm mədəniyyətlərin və sivilizasiyaların dialoqunun zəruri alətidir.
    Azərbaycanda multikulturalizm, tolerantlıq və dini dözümlülüyün dövlət siyasəti səviyyəsində inkişaf etdirilməsinin əsaslarını ölkənin qədim dövlətçilik tarixi və bu ənənələrin inkişafı təşkil edir. Tarixi ənənələrə nəzər salsaq görərik ki, istər Səfəvilər dövləti, istər XIX-XX əsrlər maarifçilik dalğası, istərsə də Xalq Cümhuriyyəti dövründə Azərbaycan ərazisində yaşayan digər etnik xalqlar və dini qrupların nümayəndələrinin təmsilçiliyini özündə cəmləyən bu siyasi davranış XX əsrin sonlarında Ulu Öndər Heydər Əliyev tərəfindən dövlətçilik ideologiyası formasına çevrilmişdir. Ümummilli Liderimiz Heydər Əliyevin siyasəti nəticəsində ötən əsrin 90-cı illərində Azərbaycanda tolerantlıq və multikulturalizm ənənələri bərpa edilmişdir. Müstəqilliyimizin ilk illərində yaranmış xaosdan ölkəni xilas edən və xalq istəyi ilə hakimiyyətə gələn Ulu Öndər Heydər Əliyev respublikamızda dini etiqad azadlığının təminatçısı, milli-mənəvi dəyərlərin qoruyucusu olmuşdur. Heydər Əliyev Azərbaycanda yaşayan dini icmalara qarşı həmişə hörmət və ehtiramla yanaşmış, onların dini bayramlarını təbrik etmiş, adət-ənənələrinə qayğı göstərmişdir. İştirak etdiyi bütün beynəlxalq tədbirlərdə tolerantlıqla bağlı fikirlərini bildirmiş, indiki qloballaşma dövründə dinlərarası, mədəniyyətlərarası dialoqa həmişə üstünlük vermişdir. Daha ətraflı »