Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 20Okt
    Təhsil NƏTİCƏ UĞURLUDUR üçün şərhlər bağlıdır

    новый-2новый-4Şükür Rəhmanov adına Azadqaraqoyunlu kənd tam orta məktəbində 15-dən çox qacqın və məcburi köçkün ailəsi
    məskunlaşsa da, ali məktəblərə qəbul olunan məzunların göstəriciləri uğurludur.
    Məktəbdə təhsil alan 273 nəfər şagirdin təlim-tərbiyəsi ilə 38 nəfər müəllim məşğul olur. Belə ki, 2016-2017-ci tədris ilində orta məktəbi bitirən 28 nəfər şagirdən 19 nəfəri ali məktəblərə iş vermiş, onların 11 nəfəri qəbul imtahanlarından lazimi bal toplayaraq müxtəlif ali məktəblərə daxil olublar.
    Bu 11 məzundan başqa ötən il orta məktəbi bitirənlərdən 2 nəfəri də Cansel Məmmədli və Lətif Hüseynli bu il ali məktəblərə qəbul olunublar. Daha ətraflı »

    Teqlər:

  • 20Okt
    Digər “Bala Kirpi”nin sərgüzəştləri üçün şərhlər bağlıdır

    YANPÖRTÜ YERİŞ

    91_1443550800DSC_5865“Bala Kirpi” bu dəfə yolunu Tərtərin Mərkəzi Bazarına (“Zülfüqaroğlu” MMC) saldı. Bazarın ətrafındakı və içindəki vəziyyəti görəndə çox təəccübləndi. Fikirləşdi: “Belə də yiyəsizlik olar?! Bu antisanitariyanı, özbaşınalığı, nəzarətsizliyi, bir sözlə, bu biyabırçılığı görən yoxdurmu? Varsa, niyə əncam çəkmir?! Bazarın müdiriyyəti hara baxır görəsən? Axı, bu işlər onların nəzarəti altındadır”.
    “Bala Kirpi” istədi bazarın darvazasına tərəf getsin ki, içəri girsin, amma parklanmış maşınların arasından yanpörtü də keçə bilmədi. Özünə yol axtardı. Səki ilə getmək istədi. Lakin gördü ki, bazarın qarşı tərəfində səkilərin üstünə tökülmüş ərzaq və sənaye malları, almadan tutmuş çörəyə qədər hər şey tozun-torpağın içində satıldığından keçmək mümkün deyil. İnsanların normal hərəkəti üçün yer qalmayıb. Cığırfason bir qırıq yol var ki, oraynan da gə-rək yanpörtü yeriyəsən ki, birtəhər keçə biləsən. Daha ətraflı »

    Teqlər:

  • 20Okt
    Digər DANIŞAN DAŞLAR üçün şərhlər bağlıdır

    800px-Azokh_Cave3Füzuli rayonu Quruçay dərəsi: Təxminən bir milyon il əvvəl…
    Azıx mağarası bu ərazidə yerləşir və nəinki Azərbaycanda, həm də dünyadakı ən qədim insan izlərindən birinin tapıldığı yerdir.
    “Azıx” türk ləhcəsində “Ayı” mənasını verir. Mağara 800 kvad-ratmetr sahəyə malik, hər biri 600 metr uzunluğunda 8 dəhlizdən ibarətdir. 1960-cı ildə akademik Məmmədəli Hüseynov tərəfindən aşkar edilmiş Azıx mağarası 10 təbəqədən ibarətdir. Mağaradan tapılmış kül qalıqları 700 min il əvvələ aid edilir. Azıx adamının (Azıxantrop) yaşı isə 350-400 min ildir. 1968-ci ilin iyun ayında Məmmədəli Hüseynovun rəhbərliyi altında Paleolit arxeoloji ekspedisiyası Azıx düşərgəsinin V təbəqəsinin III layında daş məmulatı və heyvan sümükləri ilə bərabər qədim insana məxsus alt çənə aşkar etmişdir. Tarixi bölgüyə görə daş dövrünün ən qədim mərhələsi olan Alt Paleolit dövrünə aid edilən tapıntı 50-60 yaşlarında bir qadının alt çənə sümüyüdür.
    Mağaranın divarında rast gəlinən və müxtəlif təbəqələrindən tapılan ayı kəllələri üzərində primitiv rəsm cizgilərinin olması ibtidai incəsənətin göstəricisi sayılır. Daha ətraflı »

    Teqlər:

  • 20Okt
    Digər AİLƏ ƏHVALATLARI üçün şərhlər bağlıdır

    Depositphotos_59799265_m-2015Couple giving two young children piggyback rides smilingKişi xarici dil kursuna getmək istəyən arvadına etiraz edir:
    –Qətiyən olmaz! Onsuz da bir dillə mənim başımı az ağrıtmırsan.
    * * *
    Qadın və kişi mövzusunda mübahisə gedirmiş.
    Biri belə izah edirmiş:
    –Kişilərin həyatı dörd dövrə bölünür: uşaqlıq, gənclik, orta yaşlılıq, qocalıq.
    Bir başqası:
    –Bəs qadınlar? Onlar insan deyilmi?
    O biri cavab verir:
    –Qadınların da həyatı dörd dövrə bölünür: uşaqlıq, gənclik, gənclik, gənclik.
    * * *
    Ata oğlunu yanına çağırıb, onunla söhbət edirdi:
    –Oğlum, artıq böyümüsən, ananla bir otaqda yatmağın yaxşı deyil.
    –Ata, sən məndən də böyüksən, amma anamın yanında yatırsan! Daha ətraflı »

    Teqlər:

  • 20Okt
    Digər Hörmətli valideynlər! üçün şərhlər bağlıdır

    Artıq vətəndaşlar Uşaqların Psixoloji və Sosial İnkişafına dəstək məqsədi ilə “ASAN xidmət” mərkəzlərində yaradılmış “Uşaq Psixo-Sosial İnkişafı Mərkəzi”nin psixoloji xidmətlərindən yararlana bilərlər.
    Vətəndaşlar 3 yaşından 12 yaşınadək uşaqların əqli, psixoloji, fiziki, nitq və sosial bacarıqların inkişafı kimi 22 növ xidmətə müraciət edə bilərlər.
    “Uşaq Psixo-Sosial İnkişafı Mərkəzi”nin xidmətləri 4 və 5 saylı Bakı, həmçinin Qəbələ, Sabirabad, Bərdə, Masallı regional “ASAN xidmət” mərkəzlərində göstərilir.
    Əlaqə üçün : “ASAN xidmət” mərkəzlərinə müraciət etməklə və ya 108 çağrı mərkəzinə, həmçinin 077-225-15-01 nömrəsinə zəng vurmaqla ətraflı məlumat əldə edə bilərsiniz.

    Teqlər:

  • 11Okt
    Digər Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Aprel hadisələri ilə bağlı Tərtərdə üçün şərhlər bağlıdır

    14807847832653045331_1000x669Tərtər şəhərTərtər rayonunun uğurlu inkişafı məni çox sevindirir. Şəhərin abadlaşması, şəhərdə və rayonda infrastruktur layihələrinin icrası göstərir ki, Azərbaycanın bütün bölgələri uğurla inkişaf edir və bizim vaxtilə qəbul etdiyimiz regionların sosial-iqtisadi inkişafı proqramı həyatda öz əksini tapır. Biz son illər ərzində bunu Tərtər rayonunun timsalında görürük.

    İlham ƏLİYEV,
    Azərbaycan Respublikasının Prezidenti

    Tərtər rayonunun uğurlu inkişafı məni çox sevindirir. Şəhərin abadlaşması, şəhərdə və rayonda infrastruktur layihələrinin icrası göstərir ki, Azərbaycanın bütün bölgələri uğurla inkişaf edir və bizim vaxtilə qəbul etdiyimiz regionların sosial-iqtisadi inkişafı proqramı həyatda öz əksini tapır. Biz son illər ərzində bunu Tərtər rayonunun timsalında görürük.

    İlham ƏLİYEV,
    Azərbaycan Respublikasının Prezidenti

    Teqlər:

  • 11Okt
    Tərtər RİH-də RESPUBLİKA MƏTBUATININ SƏHİFƏLƏRİNDƏ üçün şərhlər bağlıdır

    CƏBHƏ BÖLGƏSİNDƏ İŞLƏMƏK İKİQAT MƏSULİYYƏTDİR

    DSC_22348d5fde59f5291548a0f13353678ea63bMəlum olduğu kimi, “Regionların Sosial-iqtisadi inkişafına dair birinci Dövlət Proqramı” 2004-cü ilin əvvəlində-fevral ayında qəbul edilmişdir. Bu, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2003-cü ildəki seçkiqabağı proqramının bir hissəsi idi. 2009-cu ildə ikinci və 2014-cü ildə üçüncü “Regionların Sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” qəbul olunmuşdur. Hazırda “Regionların Sosial-iqtisadi inkişafına dair III Dövlət Proqramı”nın icrası uğurla davam etdirilir. Bu proqramın cəbhəyanı bölgə olan Tərtərdə necə yerinə yetirilməsi və bütövlükdə son illərdə rayonda görülən işlərlə bağlı “Made in Azerbaijan” jurnalının suallarını Tərtər Rayon İcra Hakimiyətinin başçısı Müstəqim Məmmədov cavablandırır. Daha ətraflı »

    Teqlər:

  • 11Okt
    Tərtər RİH-də Azadqaraqoyunlu kəndində səyyar görüş-qəbul üçün şərhlər bağlıdır

    MİNNƏTDARLIQ İFADƏ ETDİLƏR

    DSC_5803 (Копировать)Qəbulda rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət və digər xidmət təşkilatlarının təmsilçiləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri, kənd sakinləri iştirak ediblər.
    Əvvəlcə Azadqaraqoyunlu kənd İƏD üzrə nümayəndə Nazim Xəlilov kəndin əhalisi, onların məşğuliyyəti ərazinin sosial-iqtisadi inkişafı barədə məlumat verib, kənddə mövcud olan xidmət obyektlərinin fəaliyyətindən danışdı.
    Sonra kənd ağsaqqalları Qanboy Musayev və Vaqif Quliyev çıxış edərək kənd sakinlərinə göstərilən diqqət və qayğıdan söhbət açıblar. Ağsaqqallar görülən işlərə görə respublika Prezidenti İlham Əliyevə kənd sakinləri adından minnətdarlıq bildiriblər. Daha ətraflı »

    Teqlər:

  • 11Okt
    Mədəniyyət MARAQLI TƏDBİR üçün şərhlər bağlıdır

    DSC_5561Ümumdünya Turizm Günü münasibəti ilə rayonumuzda Heydər Parkında tədbir keçirilib. Tədbirdə klub və kitabxana işçiləri, ictimaiyyətin nümayəndələri iştirak ediblər. Həmin gün sərgidə tarix diyarşünaslıq muzeyinin eksponatları, mərkəzi kitabxana sisteminin turizmə aid kitabları, Heydər Əliyev Mərkəzində rəsm dərnəyi üzvlərinin əl işləri nümayiş olunub.
    Tədbiri Tərtər Rayon Mərkəzləşmiş Kitabxana Sisteminin direktoru Ulduzə Qurbanova açıb, bu günün tarixi barədə məlumat verib. Bura toplaşanlar sərgiyə çıxarılan bütün eksponatlara maraqla tamaşa ediblər.
    Sonda Tərtər Rayon Uşaq Musiqi Məktəbi və “Tərtər” Xalq kollektivinin iştirakı ilə konsert proqramı olub.

    “Yeni Tərtər”

    Teqlər:

  • 11Okt
    İdman ERMƏNİ İDMANÇINI MƏĞLUB EDƏN TƏRTƏRLİ BOKSÇU üçün şərhlər bağlıdır

    DSC_5726idmanBolqarıstanın Albena şəhərində yeniyetmə boksçular arasında keçirilən Avropa birinciliyində Tərtər rayonundan olan idmançı Murad Allahverdiyev bürünc medala layiq görülüb. 75 kiloqram çəki dərəcəsində çıxış edən Murad Allahverdiyev birinci döyüşdə Moldovadan, ikinci döyüşdə isə Çexiyadan olan idmançılara qalib gəlib. Dörddəbir finalda isə erməni idmançını məğlub edib. Murad Allahverdiyev rayonda təntənə ilə qarşılanıb. Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov bu qələbəsinə görə Murada qiymətli hədiyyə təqdim edib və yeni-yeni uğurlar arzulayıb.

    “Yeni Tərtər”

    Teqlər: