Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 12Apr
    Kənd təsərrüfatı SU HƏYAT MƏNBƏYİDİR üçün şərhlər bağlıdır

    58402-su-kanalina-dusen-2-isci-olduSu həyat mənbəyidir. Kənd təsərrüfatında da, meşə sahələrinin mühafizəsində də su xüsusi əhəmiyyət kəsb edir.
    Ölkə Prezidenti möhtərəm İlham Əliyevin qeyri neft sektorunun inkişafı ilə əlaqədar olaraq verdiyi tapşırıqlar biz suvarma sistemləri idarəsinin kollektivinin də məsuliyyət hissini qat-qat artırıb.
    Ötən il idarəmiz rayon ərazisində fiziki və hüquqi şəxslərə məxsus 27 min 513 hektar əkin sahələrini suvarma suyu ilə təmin edib. Bunun 13376 hektarı Tərtərçay su mənbəyi altında, 13 min 500 hektarı su-bartezian quyuları altında, 400 hektarı isə Borsunlu və Sarov kəndlərindən keçən İncəçayın altında yerləşir.
    İl ərzində hidrotexniki qurğuların saxlanılmasına 5744 manat ayrılmışdır ki, bununla da 25 ədəd qurğu təmir edilmişdir. O cümlədən ayrılmış həmin vəsait hesabına 20 ədəd hidropost və beton kanallar təmir edilmişdir.
    İlin yay fəslində mənfur qonşularımızın Sərsəng dəryaçasından suyun qabağını qəsdən kəsmələri işimizə mane olsa da, çalışırıq ki, su itkisinə yol verməyək. Daha ətraflı »

    Teqlər:

  • 12Apr
    Digər “BİZ SİZİ ÇOX SEVİRİK” üçün şərhlər bağlıdır

    скачанные файлы“Nənə” sözünü eşidəndə ağlımıza gələn, bütün sevgisi, şirinliyi ilə könlümüzü oxşayan, gözlərimiz önündə canlanan öz nənələrimiz olur: Valideynlərimizin anaları. “Böyük ana” da deyirlər çox vaxt onlara. Nənə ucalığına gedən yol sevgidən, mərhəmətdən keçər. Hər dəfə nənələrin əlləri nəvələrin üzərində gəzdikcə məst olurlar, şirin-şirin yuxulara dalırlar.
    “Dövlətdə dəvə, övladda nəvə,” ­­­­–deyib babalarımız.
    Nənə üçün nəvədən əziz, şirin heç nə yoxdur.
    Folklorumuzun böyük bir hissəsini nənələrin öz nəvələrinə düzüb qoşduqları laylalar, bayatılar, oxşamalar təşkil edir. Nənələr olan evdə nəvaziş olar.
    Bəzən nəvələr nənə-babalarından kənarda yaşasalar da, vaxt tapan kimi yanlarına qaçırlar. “Nənəmgilə gedirik,”–deyirlər. Daha ətraflı »

    Teqlər:

  • 31Mar
    Tərtər RİH-də TƏRTƏRLİLƏR NOVRUZU YÜKSƏK ƏHVAL-RUHİYYƏ İLƏ QEYD ETDİLƏR üçün şərhlər bağlıdır

    Изображение 223DSC_7052 (Копировать)Möhtəşəm şənliklərin, el bayramlarının şahidi olan şəhərimizin Mərkəzi meydanı yenə də tərtərliləri öz qoynuna almışdı. Meydandakı nəhəng səməni, tonqal, pəhləvanların çıxışı, kəndirbazların oyunu baharın gəlməsindən xəbər verir, insanlarda xoş ovqat yaradırdı.
    Ətrafda qədim el adətlərimizi nümayiş etdirən səhnələr Novruzun qədimliyindən, xalqımızın öz keçmişinə bağlılığından xəbər verirdi. Məktəblilər də bayrama əliboş gəlməmişdilər. Hər bir təhsil ocağının istedadlıları özlərinin maraqlı əl işlərini nümayiş etdirirdilər. Daha ətraflı »

    Teqlər:

  • 31Mar
    Xəbərlər HƏRBİ HİSSƏLƏRDƏ NOVRUZ ŞƏNLİYİ üçün şərhlər bağlıdır

    1Изображение 182Tərtər Rayon İcra Hakimiyyəti İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsi ilə birgə rayonun ərazisində yerləşən “N” saylı hərbi hissədə Novruz şənliyi keçirib.
    Əvvəlcə tədbir iştirakçıları torpaqlarımızın azadlığı uğrunda həlak olmuş şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Sonra Dövlət Himni səsləndirilib.
    Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov qonaqları, əsgər və zabit heyətini xalqımızın milli bayramı olan Novruz münasibəti ilə təbrik edib.
    Sonra “N” saylı hərbi hissənin komandiri və İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin könüllülərlə kommunikasiya üzrə baş meneceri Əfsun Qurbanov hərbçilərə bayram münasibəti ilə xoşarzularını çatdırıblar. Daha ətraflı »

    Teqlər: ,

  • 31Mar
    Digər RESPUBLİKA MƏTBUATININ SƏHİFƏLƏRİNDƏ üçün şərhlər bağlıdır

    XALQ ONU XATIRLAYIR

    fc4211548a86ef88a5d854896787ceb1Vətən, millət öz qəhrəman oğullarını unutmayıb, unutmayacaq da! Belə vətənpərvər igidlərimizdən biri – Milli Qəhrəman Elman Süleyman oğlu Hüseynovdan bəhs etmək is-təyirəm. Yaşasaydı, bu günlərdə 65 yaşı tamam olacaqdı. Amma cismən aramızda olmasa da, o, həmişə xalqımızın qəlbində yaşayacaq. Tərtərdə bu il də onun xatirə, anım gecəsinə yığışdıq.
    O dövrün-Qarabağ müharibəsinin alovlandığı ilk illərin şahidləri və şəhidin silahdaşları bir daha xatirələrini təzələyib Elmanın həyatından, şanlı döyüş yolundan danışdılar. Bu, gənc nəslin tərbiyəsində, tarixin olduğu kimi gələcək nəsillərə ötürülməsində vacibdir. Başımıza gətirilən müsibətlərin bir səbəbi də elə uzun illər tarixin saxtalaşdırılması, qardaşın düşmən, düşmənin dost kimi tanıdılması olmuşdu. Daha ətraflı »

    Teqlər:

  • 31Mar
    Digər “ÖLKƏMİZİ TANIYAQ” TUR-AKSİYASI BAŞA ÇATDI üçün şərhlər bağlıdır

    Изображение 067DSC_6876Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən məktəbli gənclərin respublikamızın digər bölgələrinə səyahəti təşkil olunur.
    Tərtər rayon rəhbərliyinin, təhsil işçilərinin və valideynlərin iştirakı ilə rayonun məktəblilərindən ibarət qrup “Lənkəran-Masallı-Astara” marşrutu üzrə yola salınıb.
    Heydər Əliyev Mərkəzində keçirilən mərasimdə rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov çıxış edərək, gənc nəslin hərtərəfli inkişafı üçün ölkəmizdə yaradılan şəraitdən danışıb.
    Tur-aksiya iştirakçıları Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət etdikdən sonra respublikamızın cənub bölgəsinə səfər ediblər.
    Tur-aksiya müvəffəqiyyətlə başa çatıb və şagirdlər xoş təəssüratlarla rayonumuza qayıdıblar.

    “Yeni Tərtər”

    Teqlər:

  • 31Mar
    Kənd təsərrüfatı YAZIN GƏLİŞİ TARLA İŞLƏRİNİ SÜRƏTLƏNDİRİB üçün şərhlər bağlıdır

    6D3DD637-E46E-47A1-9339-BD96BAB2F614_w1023_r1_sHər fəslin öz gözəlliyi var. Yaz fəslinin gözəlliyi ondadır ki, bu zaman torpaq oyanır, təbiət cana gəlir. İnsanlar hamılıqla tarlalara çıxıb yaz tarla işlərinə başlayırlar. Tərtər cəbhə bölgəsi olmasına baxmayaraq, burada həyat daim qaynayır. İstər həyətyanı, istər pay torpaqları, hamı əkin sahələrində çalışır, bol məhsulun əsasını qoyur.
    Hər yanda yazlıqların səpininə başlanıb. Ölkə Prezidenti İlham Əliyevin tapşırığına əsasən, qeyri neft sektorunun inkişaf etdirilməsi məsələsi rayonumuzun kənd təsərrüfatında çalışan fermer və ailə fermer təsərrüfatları üzvlərinin məsuliyyət hissini daha da artırmışdır. Taxılçılıq, baramaçılıq, pambıqçılıq, şəkər çuğunduru sahələrinin inkişaf etdirilməsi rayon rəhbərliyinin də xüsusi diqqət mərkəzindədir. Daha ətraflı »

    Teqlər:

  • 31Mar
    Xəbərlər UŞAQLARIN BAHAR SEVİNCİ üçün şərhlər bağlıdır

    DSC_4907DSC_4789Şəhər 1 saylı körpələr evi-uşaq bağçasında Novruz şənliyi keçirildi Tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlandı. Tədbiri bağçanın tərbiyəçisi, həm də şənliyin aparıcısı Sahilə İbrahimova açdı. Körpələr evi-uşaq bağçasının müdiri Mahirə Quliyeva çıxış etdi. Xalqımızın ən gözəl, ülvi bayramlarından biri olan Novruz münasibəti ilə hamıya təbriklərini çatdırdı.
    Mahirə müəllim bağça haqqında qısa məlumat verərək bildirdi ki, burada 6 qrup fəaliyyət göstərir. Onun biri kiçik, qalan 5-i isə böyük qrupdur. Bağçada olan 115 uşağın təlim tərbiyəsi ilə 30 nəfər məşğul olur. Onların 15-i tərbiyəçi, qalanı isə texniki işçilərdir.
    Həmin gün Novruz şənliyinə uşaq yaradıcılıq mərkəzinin şagirdləri də gəlmişdilər. Daha ətraflı »

    Teqlər:

  • 31Mar
    Digər DOSTCASINA YAŞAMAQ HƏYAT TƏRZİMİZDİR üçün şərhlər bağlıdır

    b422de4d-86f0-4076-be29-242fa2e9cd21Tərtər şəhərinin özündə və kəndlərində müxtəlif xalqların və milli azlıqların nümayəndələri uzun illərdir ki, dostcasına, mehriban şəraitdə yaşayırlar. Onların arasında ruslar, ukraynalılar, ləzgilər və digərləri vardır. Ölkəmizdə bu insanların adət-ənənələrinə hər zaman hörmətlə yanaşılır və onların rahat yaşamaları, dini ayinləri sərbəst icra etmələri üçün hər cür şərait yaradılıb.
    Azərbaycanda əhalinin əksəriyyəti müsəlmandır. Lakin burada yaşayan bütün dinlərin nümayəndələrinin hüquqları eyni səviyyədə qorunur.
    Müxtəlif xalqların nümayəndələri həyat tərzimizə, adət-ənənələrimizə hörmət bəsləyir, bizimlə birgə bayramlarımızı qeyd edirlər. Onlar yaxşı günlərimizdə də, çətin günlərimizdə də azərbaycanlılarla çiyin-çiyinə olurlar. Daha ətraflı »

    Teqlər:

  • 31Mar
    Milli-mənəvi dəyərlər GENDER BƏRABƏRLİYİ VƏ MƏİŞƏT ZORAKILIĞI üçün şərhlər bağlıdır

    568536Həyat sübut edir ki, qadın həm yaşadığı cəmiyyətdə, həm də ailədə öz doğmalarının, yaxınlarının köməyinə arxalandıqda, potensial imkanlarından maksimum istifadə edə bilir. İlk zamanlar bu, ata-ananın, qardaş-bacının köməyi olur, sonra isə həyat yoldaşının və övladlarının. Qadın hiss etdikdə ki, çalışdığı sahədə onun gücünə, bacarığına inanırlar, daha da irəli gedə bilir. Kişilərlə bərabər çiyin-çiyinə ləyaqətlə çalışır cəmiyyətin fəxrinə, qürur mənbəyinə çevrilir.
    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev deyib: “Ana məfhumu minillərdən bəri xalqımızın təfəkküründə doğma yurdu, vətən torpağını və dilimizi təcəssüm etdirmişdir. Analarımız azərbaycançılıq məfkurəsinə sadiq layiqli övladların tərbiyəsi üçün üzərlərinə düşən vəzifənin öhdəsindən bu gün də şərəflə gəlirlər. İndi ürəyi ölkəmizə hədsiz sevgiylə dolu, vətəni ana qədər müqəddəs bilərək torpaqlarımızın hər qarışını qorumağa hazır olan, müstəqilliyimizlə yaşıd bir nəsil yetişmişdir. Bu, Azərbaycan qadınının müasir dövlətçiliyimizə ən böyük töhfəsidir”. Daha ətraflı »

    Teqlər: